Ukraynada seçki həyəcanı: Poroşenko Timoşenkonu geridə qoydu

Ukraynada prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək
Sputnik

BAKI, 14 mart — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko prezident kürsüsü uğrunda keçirilən yarışda namizəd Yuliya Timoşenkonı keçib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Soçis" mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri göstərir.

Qeyd olunur ki, hazırda Poroşenko əhalinin dəstəyinə görə ikinci pillədə qərarlaşıb. Siyahıda ilk pilləni isə şoumen Vladimir Zelenski tutur.

Məlumata əsasən Zelenskini seçicilərin 27,7%-i, Poroşenkonu 19,6%, üçüncü pillədə qərarlaşan Timoşenkonu 14,8% şəxs dəstəkləyir.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 31 mart 2019-cu ildə keçiriləcək.