Trampa ağır zərbə

Qanun layihəsi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə qarşı addım kimi qiymətləndirilib
Sputnik

BAKI, 14 mart — Sputnik. ABŞ-ın Yəməndəki əsgərlərini geri çəkməsini nəzərdə tutan qanun layihəsi Senatda qəbul edilib. Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, qanun layihəsi ABŞ hökumətinin Yəməndə davam edən müharibəyə daxil olan bütün hərbi yaraqlılarını 30 gün ərzində geri çəkməsini nəzərdə tutur. 

Venesuela ABŞ diplomatlarına ölkədən çıxmağa 72 saat vaxt verdi

Qanun layihəsi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı siyasətinə qarşı addım kimi qiymətləndirilib.

Sənəddə Əl-Qaidə ilə savaşanlar istisna olmaqla, Yəməndəki müharibəyə daxil olan, ya da müharibə edən bütün ABŞ hərbi qüvvələrinin 30 gün ərzində geri çəkilməsi əksini tapıb.

Layihə Nümayəndələr Palatasından da keçməlidir ki, Donald Tramp sənədi imzalasın. Demokratların əksəriyyətinin olduğu Nümayəndələr Palatasında bu layihənin qəti şəkildə qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, ABŞ hökumətinin Səudiyyə Ərəbistanına Yəməndə davam edən müharibədə verdiyi dəstək uzun müddətdir Konqresdə mübahisələrə səbəb olub. Keçən ilin dekabr ayında Senatda qəbul edilən oxşar bir layihə o zaman respublikaçıların əksəriyyətinin təşkil etdiyi Nümayəndələr Palatasında qəbul edilməyib.

ABŞ-da noyabr ayında aralıq seçkilər keçirilib və Konqresin hər iki palatasına yeni üzvlər seçilib. Ona görə də Senat və Nümayəndələr Palatasında sözügedən Yəmən layihəsinin yenidən gündəmə gələcəyi bildirilib.

Fevral ayı ərzində ABŞ-ın Yəməndə davam edən döyüşdə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan ayrıca qanun layihəsi Nümayəndələr Palatasında qəbul edilib.