RUSİYA

Rusiyada terror aktları törətmək istəyən şəxslər zərərsizləşdirildi

Atışma zamanı hər iki yaraqlı zərərsizləşdirilib
Sputnik

BAKI, 14 mart — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti Stavropol diyarının Şpakovski rayonunda terror aktı planlaşdıran yaraqlıları zərərsizləşdirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" Milli Anti-terror Komitəsinə istinadən xəbər verir.

Belə ki, martın 14-ü gecə saatlarında FTX-yə Balki yaxınlığında avtomobildə silahlı şəxslərin olmasına dair məlumat daxil olub.

"Hüquq-mühafizə orqanları əməkdaşlarının şübhəli avtomobili saxlamaq cəhd etdiyi vaxt miniş vasitəsində olan şəxslər avtomat silahlardan atəş açıb, qumbara ataraq hadisə yerindən qaçmağa cəhd ediblər", - deyə Milli Anti-terror Komitəsinin yaydığı məlumatda bildirilir.

Atışma zamanı hər iki yaraqlı zərərsizləşdirilib. Operativ qərargahın məlumatına görə, hər iki şəxs Volqoqrad vilayətinin sakinləri olub və terror aktları törətmək üçün Stavropol diyarına gəlib.