Rusiya İdlibdə hərbi əməliyyat keçirib

Türkiyə bəzi məlumatları inkar etdi
Sputnik

BAKI, 14 mart — Sputnik. Rusiya Türkiyə ilə Suriyanın İdlib ərazisində hava hücumu təşkil edib. Sputnik Azərbaycan xəbər verir ki, haqda Rusiyanın əsas xəbər agentliyi RİA məlumat yayıb.

Lakin Türkiyə hərəkatın hava hücumunun əlaqələndirilmiş şəkildə həyata keçirilməsi ilə bağlı məlumatı inkar edib.

Türkiyə mediasının məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda isə Tahrir El-Şam təşkilatının silah bazasının yerləşdiyi anbarın hədəfə alındığı açıqlanıb. Həmin təşkilat Rusiyanın Suriyada yerləşən hava bazasına pilotsuz hava vasitəsi ilə hücum təşkil edib.