RUSİYA

"Qanuni oğrular"la bağlı qanun qəbul edildi

Keçən il Rusiyada 36 "qanuni oğru" tutulub
Sputnik

BAKI, 14 mart — Sputnik. Rusiya Dövlət Duması "qanuni oğrular" haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, qanun mütəşəkkil qrupların liderləri, cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutur.

Sənədə görə, bu kimi hallarda həmin şəxsləri 8-15 ilə qədər azadlıqdan məhrum edilmə və 5 milyon rubl (129558 manat) cərimə ediləcək. Qanuna görə "qanuni oğrular"a şərti cəza və ya qısa müddətli azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Сinayət toplantılarında iştirak edən şəxsləri 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və 1 milyon rubl (25911 manat) cərimə gözləyir.

Xatırladaq ki, keçən il Rusiyada 36 "qanuni oğru" tutulub. Onlardan 8-i deportasiya edilib. 14 nəfəri arzuolunmaz şəxs edlan edilib.