İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb

Görüntüləri İsrail mətbuatı yayıb
Sputnik

BAKI, 14 mart — Sputnik. Suriya-Livan sərhədində İrana aid raket zavodunun peyk görüntüləri ortaya çıxıb. 

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, İsrail mətbuatının yaydığı kəşfiyyat hesabatlarına görə, Suriya-Livan sərhədində İrana aid olduğu təxmin edilən zavodun peyk görüntüləri yayılıb.

İrana aid olduğu deyilən raket zavodunun görüntüləri yayılıb

Yayımlanan peyk görüntülərinə görə regionda son aylarda fəallığın artdığı qeyd edilib. Rusiyanın raket əleyhinə müdafiə batareyalarının da həmin zavodda olduğu iddia edilib.

"ImageSat International"ın iddiasına görə, tikintinin forması, yeri və ətrafında hərəkətlilik həmin yerin raket zavodu olduğu ehtimalını artırır.