Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri müəyyən edilib

“Mercer” planetin ən təhlükəsiz şəhərlərini də müəyyən edib
Sputnik

BAKI, 14 mart — Sputnik. “Mercer” Beynəlxalq Konsaltinq şirkəti dünyanın yaşamaq üçün ən yaxşı şəhəri müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Vyana şəhəri artıq 10 ildir bu siyahıda ilk yeri tutur.

Kainatın ən gözəl qızlarının toplaşdığı müsabiqə

Avstriyanın paytaxtı 39 göstərici üzrə liderlik edir. Burada əsasən sosial mühit, mədəni həyat, siyasi stabilliyin səviyyəsi, təhsil, nəqliyyat, biznes üçün əlverişlilik yer alıb. Qeyd edək ki, ötən il Vyana ilk dəfə “The Economist”-in həyat rahatlığı üzrə reytinqində görə ilk yeri tutmuşdu. Reytinq cədvəlində ikinci yerdə İsveçrənin Sürix, üçüncü yerdə Vankuver, Münhen və Oklend qərarlaşıb. Reytinqin ilk onluğuna Düsseldorf, Frankfurt, Kopenhagen, Cenevrə və Bazel daxil edilib.

Ümumi siyahıya isə Moskva və Sankt-Peterburq da daxil olmaqla 231 şəhər daxil edilib. Rusiyanın paytaxtı 167 yerdə, şimali paytaxt isə 174-cü yerdə qərarlaşıb. Siyahıda son yerdə Bağdad gəlir.

“Mercer” planetin ən təhlükəsiz şəhərlərini də müəyyən edib. Lüksemburq, Helsinki və İsveçrənin 3 şəhəri (Bazel, Bern və Sürix) dünyanın ən təhlükəsiz şəhərləri hesab edilib. Sankt-Peterburq bu siyahıda 197, Moskva isə 200-cü yerdə qərarlaşıb.