İQTİSADİYYAT

"Bu il qiymətlər 8 faiz artıb"

"Düşünürəm ki, bu inamsızlığın səbəbkarı həm də sahibkarlardır"
Sputnik

BAKI, 14 mart - Sputnik. "Hər il olduğu kimi, bu il də Azərbaycanda bayram öncəsi qiymətlərdə artım müşahidə edilir. Ötən illə müqayisədə bu il qiymətlər 8 faiz artıb". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

O deyib ki, bazarda qiymətlərin artmasının bir sıra səbəbləri var: "Ötən illə müqayisədə əhalinin gəlirləri artıb. Həmçinin tələb təklifi üstələdiyi üçün qiymətlər artır. Bu da öz növbəsində keyfiyyətsiz malların bazara yol tapmasına imkan yaradır".

"Onu da qeyd edim ki, vətəndaşlarımız yerli məhsullara deyil, xarici mallara üstünlük verirlər. Düşünürəm ki, bu inamsızlığın səbəbkarı həm də sahibkarlardır" - deyə E.Hüseynov vurğulayıb.