BAKI, 13 mart — Sputnik. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən "Hyundai" markalı avtomobilinin qaçırıldığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.