Türkiyədə metro stansiyası uçub, dağıntılar altında adamlar qalıb - VİDEO

Ərazidə xilasetmə işləri davam edir
Sputnik

BAKI, 13 mart — Sputnik. Türkiyənin İzmir şəhərində tikilməkdə olan metropoliten deposu uçub. Bu barədə Sputnik Türkiyə xəbər verir.

İlkin məlumatlara görə, dağıntılar altında iki işçi qalıb. Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadası işləyib.

Dağıntılar altında axtarışlar davam edir.

Deponun hansı səbəbdən uçması açıqlanmır.