QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarqsyan gizli Qarabağ danışıqları aparır

Sarqsyan sonrakı addımlarına dair qərar qəbul etmək üçün Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsini gözləyib
Sputnik

BAKI, 13 mart — Sputnik. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan hələ də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən geri qayıtmayıb və orada aktiv görüşlər keçirir. Bu barədə Sputnik Ermənistan "Jamanak" qəzetinə istinadən xəbər verir.

"Paşinyan separatçı rejimi müzakirə tərəfinə çevirmək istəyir"

Sarqsyan martın 5-də Xankəndiyə gəlib. Burada o, Ermənistan Silahlı Qüvvələrinin yaradıcılarından biri olan Vazqen Sarqsyanın 60 illiyi münasibətilə keçirilən tədbirə qatılıb.

"Bu, onun 2018-ci ilin aprelində istefaya getməsindən bəri ilk dəfə ictimaiyyət önünə çıxması idi" - yazan nəşrin məlumatına görə, Sarqsyan hazırda separatçıların lideri Bako Saakyan və digər "vəzifəli" şəxslərlə görüşlər keçirir.

Qəzet iddia edir ki, Sarqsyan sonrakı addımlarına dair qərar qəbul etmək üçün Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsini gözləyib. Belə ki, dünən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində tarixdə ilk dəfə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib.