BAKI, 13 mart — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, onun rus dili bilgisi yalnız danışıq üçün deyil, həm də Rusiya prezidenti Vladimir Putinlə zarafat etməyə imkan verir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
"Mən imkan olan kimi xarici dili öyrənməyə çalışıram. Mən rus dili biliyimi orta səviyyəyə çatdırmışam və indi hətta Putinlə zarafat edə bilərəm", - deyə Çavuşoğlu Antaliyada yerləşən Aralıq dənizi Universitetində çıxışı zamanı bildirib.
Qeyd edək ki, Çavuşoğlu 2015-ci ilin noyabrından Türkiyənin xarici işlər naziridir. O, ingilis, alman və yapon dillərini bilir.