SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail ilə Türkiyə arasında yeni qalmaqal başlayır

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Netanyahunun qalmaqallı ittihamlarına sərt reaksiya göstərib
Sputnik

BAKI, 13 mart — Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı diktator olmaqda ittiham edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Netanyahunun qalmaqallı ittihamlarına sərt reaksiya göstərib. 

Suriyadan rədd olun – Netanyahu İrana sərt xəbərdarlıq etdi

Netanyahu şəxsi "Facebook" səhifəsində yazıb: "Bu, necə bir komediyadır? Jurnalistlər və hakimlər Türkiyədə həbsxanaları doldurarkən, Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz atır. İsraildə kimsə ikinci sinif vətəndaş deyil. İsrail bütün israillilərin demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Ancaq İsrail yeganə və tək yəhudi dövlətidir...".

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın isə Netanyahunun Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə belə reaksiya göstərib: "Netanyahu ərəblər və müsəlmanlar haqqında irqçi bəyanatlar verdikdən sonra özünü ifşa etdiyi üçün prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi aparteid dövləti Fələstin torpaqlarını işğal edir, qadınları və uşaqları öldürür, fələstinliləri öz torpaqlarında məhkum edir. Yalanlar və təzyiq günahlarınızı gizlədə bilməyəcək".