BAKI, 13 mart — Sputnik. Nigeriyada dəhşətli faciə yaşanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Lagosda 3 mərtəbəli orta məktəb binası uçub.
Uçqun dərs zamanı baş verdiyi üçün şagirdlər dağıntılar altında qalıb. Məlumata görə, uçqunun altında 100-dən çox insan var. Onların əksəriyyətinin şagird olduğu bildirilir.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Xilasetmə işləri aparılır.