BAKI, 13 mart — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika qeydə alınıb". Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir əlavə edib ki, Ermənistan tərəfi tamamilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatına güvənir.
Azərbaycan və Ermənistan liderlərinin görüşünün vaxtı barədə suala Mnatsakanyan belə cavab verib: "Səbirli olmaq lazımdır. Bu istiqamətdə işlər aparılır. Hələlik bu məsələ ilə bağlı əlavə nəsə demək düzgün olmazdı".
Ermənistan "yeni format" iddiasından geri çəkildi: Minsk qrupuna güvənirik
© Sputnik / Asatur Yesayants
Xatırladaq ki, Miroslav Layçak daha əvvəl Bakıda olub, burada mühüm görüşlər keçirib.