CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bu müddətdə sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək
Sputnik

BAKI, 13 mart — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Avtovağzal”-da hər şey dəyişəcək, mühüm islahat edilə bilər

Bu barədə Sputnik Azərbaycan-a Kompleksdən bildirilib.

Məlumata görə, bu müddətdə sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

Səfər biletlərini reysin reallaşdırılmasına 10 gün qalmışdan avtovağzalın və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 126a ünvanında yerləşən turizm şirkətinin kassalarından, eləcə də onlayn rejimdə avtovağzal.az saytından əldə etmək mümkündür.