Yeddi min nəfər işdən çıxarılacaq

Keçən il markanın qazancı 2017-ci ilə nisbətən 4,2 –dən 3,8 faiz-ə qədər azalıb
Sputnik

BAKI, 13 mart — Sputnik. "Volkswagen" şirkəti 7000-dən çox işçisini işdən çıxarır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Volkswagen" illik 5,9 milyard avro qənaət etmək və qazancını yüksəltmək üçün 2023-cü ilə qədər 7000 işçini işdən çıxaracağı barədə qərar verib.

"Gəlirlərin artırılması proqramında markanın qazancını 2022-ci ildə 6 faiz artırmağa çalışırıq" – deyə şirkətin əməkdaşı Arno Antlitz deyib.

Ötən il markanın qazancı 2017-ci ilə nisbətən 4,2%-dən 3,8%-ə qədər azalıb. Qeyd edək ki, Avropada yenilənən emisiya testləri səbəbilə yaşanan sıxıntılar və bu testlərin istehsalçıları çətinliyə salmasına və markanın elektrikli avtomobil istehsalına kapital yatırmasına səbəb olub.

Qazancdakı geriləməyə də bu vəziyyətlərin səbəb olduğu bildirilir.