HADİSƏ

Tanınmış alimin dayəsinə qarşı ittiham irəli sürülüb

Qadın ölümünə iki il qalmış fizikə qulluq etməyi dayandırıb
Sputnik

BAKI, 13 mart — Sputnik. Böyük Britaniyada məşhur fizik Stiven Hokinqin dayəsinə qarşı ittiham irəli sürülüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, barəsində ittiham irəli sürülən qadın alimin yanında 15 ildən çox çalışıb. 61 yaşlı Patrisiya Daudiyə qarşı ittihamı Hokinqin ailəsi irəli sürüb. Qadın ölümünə iki il qalmış fizikə qulluq etməyi dayandırıb. Patrisiya Daudiyə qarşı ittiham ciddi xarakter daşıyır. Qadına qarşı ittihamla bağlı dinləmələr bağlı qapı arxasında keçirilib. Buna səbəb isə dayənin sağlamlığında olan problemlər olub.

Xatırladaq ki, fizik 2018-ci il martın 14-də 77 yaşında dünyasını dəyişib.