ELM

BDU-nun yeni rektorundan nə gözləmək olar – Ekspert şərhi

Təhsil eksperti Etibar Əliyev deyir ki, yeni rektor ətrafına ciddi kadrları yığa bilsə, qısa zamanda universitetdə dönüş yaratmaq mümkündür
Sputnik

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinə rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Təhsil eksperti Etibar Əliyev Sputnik Azərbaycan-a deyir ki, BDU-da çoxşaxəli islahatlar aparmaq lazımdır:

“Universitetdə elm və təhsilin vəhdəti yaradılmalıdır. Eyni zamanda təhsil mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atılmasına ehtiyac var. Yeni rektor ətrafına ciddi kadrları yığa bilsə, qısa zamanda universitetdə dönüş yaratmaq mümkündür”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz