CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağırlığım, uğurluğum... Xalqımız “Yel çərşənbəsi"ni necə qeyd edir

Novruzun gəlməsinə lap az qalıb. Bakı sakinlərinin bayrama necə hazırlaşdıqlarını və “yel çərşənbəsini” necə qeyd etiklərini Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Novruz qabağı hər çərşənbədə bütün ölkənin həyətlərində eyni mənzərəni seyr etmək olar. Uşaqlar bir neçə gün öncədən topladıqları odunları qalaq-qalaq yığıb, tonqalı alovlandıracaqları anı gözləyirlər.

Bu gün də Sputnik Azərbaycan-ın çəkiliş qrupu eyni mənzərənin şahidi olub. Belə ki, Bakı sakinləri artıq üçüncü çərşənbə olan “Yel çərşənbəsini” qeyd edirlər. Əcdadlarımızın inanclarına görə, çərşənbələrdə qaladığımız tonqallar bütün ağrı və əziyyətlərimizi yandırıb kül edir.