MƏDƏNİYYƏT

Xalq artisti: “İstərdim ki, Çingiz Azərbaycana qələbə ilə qayıtsın”

Xalq artisti Mübariz Tağıyev deyir ki, Çingizin musiqi duyumu gözəldir və müasirliyi sevir
Sputnik

Azərbaycanın bu il İsarildə keçiriləcək Eurovision-2019-da rəsmi musiqisi və klipi təqdim olunub. Azərbaycanı Eurivisoin-2019-da gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Truth” adlı mahnı ilə təmsil edəcək. Mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovdur.

Xalq artisti Mübariz Tağıyev Sputnik Azərbaycan-a deyir ki, Çingiz Mustafayev çox istedadlı gəncdir: “Çingiz gənc olmasına baxmayaraq peşəkardır və Azərbaycana bağlı insandır. Onun musiqi duyumu gözəldir və müasirliyi sevir. Əvvəl mənə elə gəldi ki, bu mahnı onun çalışdığı istiqamətə uyğun deyil, ancaq istedadlı insan bütün istiqamətlərdə işləyə bilər. Mahnı mənim xoşuma gəldi və düşünürəm ki, Çingiz öhdəsindən gəlib. Çox istərdim ki, Çingiz Azərbaycana qalibiyyətlə qayıtsın”.

Xalq artistinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz