BAKI, 12 mart — Sputnik. Avropa Parlamenti Brüssel və Moskva arasında siyasi münasibətlər haqqında qətnamənin lehinə səs verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qətnamədə "Şimal axını – 2" layihəsini də dayandırılmasına dair təklif yer alıb.
Qətnamədə qeyd olunur ki, "Şimal axını -2" Avropa İttifaqının (Aİ) Rusiya qazənın tədarükündən asılılığını gücləndirir, daxili Avropa bazarını təhdid edir və Aİ-nin energetika siyasətinə və ya onun strateji maraqlarına uyğun gəlmir.
Qətnamədə təklif olunur:
- Personal sanksiyaların genişləndirilməsi imkanın nəzərdən keçirilməsi;
- Rusiyanın maliyyə və texnologiyalara çıxışını məhdudlaşdırmaq;
- Rusiyanı daha strateji tərəfdaş hesab etməmək;
Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını - 2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını - 2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.
Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını - 2" qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, "Şimal axını - 2" iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını - 2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığı daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını - 2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.