BAKI, 12 mart — Sputnik. Rusiya Federasiya hökuməti "Zarubejneft" dövlət neft şirkətinin direktorlar şurasının 7 nəfərdən ibarət yeni üzvlərinin siyahısını təsdiq edib.
Sputnik Azərbaycan erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın sabiq baş naziri Karen Karapetyan da direktorlar şurasının üzvü olub.
"Zarubejneft" diversifikasiya edilmiş neft-qaz şirkətidir. Şirkətin yeganə səhmdarı Rusiya Federasiyasıdır.
Qeyd edək ki, ötən ilin dekabrında Ermənistanın sabiq baş naziri və Respublika Partiyasının sədr müavini Karen Karapetyan sabiq prezident Serj Sarqsyanın partiyasının sıralarını tərk edib. Onunla bərabər enerji sektorunda çalışan 7 də analoji addımı atıb.
Ötən ilin mayında isə Ermənistanın yeni baş naziri Nikol Paşinyan Serj Sarqsyan və Karen Karapetyan hökumətinin üzvləri ilə vidalaşıb.