BAKI, 12 mart — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər həlak olub. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumata əsasən, martın 12-i saat 06:50 radələrində 2000-ci il təvəllüdlü Karen Karapetyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb. Faktla bağlı araşdırmalar aparılır.