BAKI, 12 mart — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan Moskvaya rəsmi səfərə gedib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Karapetyan artıq Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla görüşüb və onunla iki ölkənin qurumları arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Tərəflər müntəzəm olaraq məsləhət xarakterli görüşlər keçirməyə razılıq verib.
Görüşdə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da iştirak edib.