Ermənistan hakimiyyətində qarşıdurma: Prezident niyə Qarabağdakı iclasa gəlməyib?

Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı ilə bağlıdır
Sputnik

BAKI, 12 mart — Sputnik. Bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistanın Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Sputnik Azərbaycan "Tert.am"-a istinadən xəbər verir ki, bu qərar Ermənistan ictimaiyyəti arasında çaşqınlığa səbəb olub.

Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək

Nəşr yazır ki, Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Qarabağda keçirilməsinin rəsmi olaraq səbəbi açıqlanmasa da, aydındır ki, bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı ilə bağlıdır.  

Ermənistan baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının üzvləri, Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan ötən gün Qarabağa gəlib.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının üzvləri – baş nazir, baş nazirin müavinləri, Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, xarici işlər naziri, MTX direktoru, polis rəisi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi daxildir. Yəni yüksək rütbəli məmurlardan Ermənistan parlamentinin spikeri və prezidenti Təhlükəsizlik Şurasının üzvləri deyillər.

Onlar Konstitusiya dəyişikliklərindən sonra Təhlükəsizlik Şurasının üzvləri sırasına daxil olmayıblar. Lakin məlum olub ki, Ermənistan baş naziri qarabağda keçiriləcək iclasa parlament sədri Ararat Mirzoyana iştirak etmək üçün dəvət göndərib və o da bu iclasda iştirak edəcək.

Nəşr Ermənistan prezidenti Armen Sarksyanın dəvət olunub-olunmaması ilə maraqlanıb. Onun ofisinin rəsmisi Asmik Petrosyan isə bildirib ki, Ermənistan prezidentinə belə bir dəvət gəlməyib.