İyirmi manat dövlət rüsumu tutulacaq

Bu dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib
Sputnik

BAKI, 12 mart - Sputnik. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, həmin qanuna 32-1-ci maddə (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) əlavə edilir.

Təklif olunan əlavəyə görə, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyasının keçirilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.