HADİSƏ

Qırx beş yaşlı kişi çayda boğuldu

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 mart – Sputnik. Lənkəran rayonu ərazisində boğulma hadisəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə rayonun Viravul kəndi ərazisində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Viravul kənd sakini Şamo Hacıyev ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Hadisə yerinə cəlb edilən FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin axtarış qrupunun xilasediciləri Ş.Hacıyevin meyitini sudan çıxarıblar. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Regional Şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir.