BAKI, 12 mart - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,16% artaraq 1,9128 manat, Rusiya rublunun məzənnəsi isə 0,39% artaraq 0,0258 manat təşkil edib. 1 Gürcü larisi 0.6324, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3127 manatdır.
Qeyd edək ki, Mərkəzi Bankının dünənə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000, avronun məzənnəsi 1,9097, Rusiya rublunun məzənnəsi isə 0,0257 manat təşkil edib. Bir gürcü larisi 0.6335, 100 İran rialı 0.0040, 1 Türk lirəsi 0.3124 manat olub.