RUSİYA

Soydaşlarımızın başına gələn faciə barədə yeni xəbər var

Həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizəni davam etdirir, onun vəziyyəti olduqca ağırdır
Sputnik

BAKI, 12 mart — Sputnik. Rusiyanın Stavropol vilayətində Azərbaycandan gələn mikroavtobusun "ZİL" markalı yük avtomobillə toqquşması nəticəsində xəsarət alanlardan biri vəfat edib. Sputnik Azərbaycan"RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan iki nəfər evə buraxılıb, həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizə aparır. 

Türkiyədə azərbaycanlılar ağır qəzaya uğrayıblar

"İki nəfər evə buraxılıb, komada olan 30 yaşlı pasient ölüb. Həkimlər daha bir nəfərin həyatı uğrunda mübarizəni davam etdirirlər – onun vəziyyəti olduqca ağırdır" - deyə Stavropolun Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, martın 6-da Rusiyanın Stavropol vilayətində səhər saat 5:30-da 6 azərbaycanlının ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisə "ZİL" markalı yük avtomobilinin qarşı yola çıxaraq Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı mikroavtobusla toqquşması nəticəsində baş verib.

Qəza zamanı dörd nəfər hadisə yerindəcə ölüb, iki nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbi "ZİL"in sürücüsünün yuxulu olması və qarşı hərəkət üçün nəzərdə tutulmuş yol zolaqları arasında maneənin qoyulmamasıdır.