BAKI, 11 mart — Sputnik. Yerevanda qazlı içki istehsalçılarının nümayəndələri bu gün səhər saatlarından başlayaraq hökumət binası qarşısında aksiya keçirirlər. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.
Onlar Vergilər Məcəlləsində nəzərdə tutulan yeni aksiz vergisinə etiraz edirlər. Etirazçıların fikrincə, yeni vergi ölkədə qazlı içkilərin qiymətinin artımı ilə nəticələnə bilər.
Etirazçılar "Mən limonadın qiymətinin artırılmasına qarşıyam", "Hökumət orta biznesi öldürür", "Qazlı içkilərin qiymət artımına son" kimi şüarların yazıldığı plakatlar qaldırıblar.