MƏDƏNİYYƏT

Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı

Prezident teatr və konsert müəssisələri işçiləri ilə bağlı mühüm qərar qəbul etdi
Sputnik

BAKI, 11 mart — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.