Rusiya Suriyada 300-dən çox yeni silah sınaqdan keçirib

Ümumilikdə Suriyada 316 növ müasir silahı aprobasiya etmişik
Sputnik

BAKI, 11 mart — Sputnik. Suriyada Rusiyanın 300 növdən çox silahı aprobasiyadan keçib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin geniş iclasında çıxışı zamanı bildirib.

"Ümumilikdə Suriyada 316 növ müasir silahı aprobasiya etmişik" - deyə məlumatda bildirilir.

O, həmçinin bildirib ki, 2012-2018-ci illərdə Rusiya ordusu silahlanmaya 109 qitələrarası ballistik raket və 108 sualtı ballistik raket qəbul edib.