BAKI, 11 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə nəzərdə tutulan səfərinin tarixi martın 12-dən 18-nə dəyişdirilib.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata əsasən səfərin vaxtı Lavrovun iş qrafiki ilə əlaqədar dəyişdirilib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 12-13 mart tarixlərində Türkiyəyə rəsmi səfərə gedəcək
Səfəri zamanı rusiyalı nazir Antalya şəhərində hər iki ölkənin xarici işlər nazirlərinin sədrliyi ilə strateji planlaşdırma üzrə birgə qrupun VII iclasında iştirak edəcək.
Zaxarovanın sözlərinə görə, nazirlərin görüşü zamanı Rusiya – Türkiyə prezidentlərinin növbəti görüşünə dair hazırlıq məsələləri də müzakirə olunacaq.
Bundan əlavə Sergey Lavrov və Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.