MƏDƏNİYYƏT

Diqqətlər yenə Cocuq Mərcanlıda

İşğaldan azad edilən kəndə Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək
Sputnik

BAKI, 11 mart — Sputnik. Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Qayıdış" parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq. Bayramın rəmzləri olan Bahar qızı, Kosa və Keçəl qonaqları salamlayacaq, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.