Daxili İşlər Nazirliyində yeni təyinat

Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini - Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub
Sputnik

BAKI, 11 mart — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində kadr dəyişikliyi olub. Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Mirhəşimov Anar Böyükağa oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini - Təhqiqat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Vüqar İsmayılov sağlamlığında yaranan problemlə əlaqədar öz raportu əsasında təqaüdə göndərilib.