HADİSƏ

Daşkəsəndən gəldi, Bakıda kirayənişini soydu

Daşkəsən rayonunun sakini Bakıda soyğunun qurbanı olub. Onun pullarını və maşınının açarını əlindən alıblar.
Sputnik

BAKI, 11 mart — Sputnik. Daşkəsən rayonunun sakini Bakıda soyğunun qurbanı olub. Onun pullarını və maşınının açarını əlindən alıblar. Bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Bakıda müdhiş soyğun: İşsiz gəncəli müstəntiq xanımı qarət edib

Soyğunçuluq martın 8-də baş versə də, polis bu barədə yalnız hadisədən 3 gün sonra xəbər tutub. Bazar günü zərərçəkmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Burada 21 yaşlı Natiq Tağıyev bildirib ki, martın 8-də axşam saat 20:00-da Nəcəf bəy Vəzirov küçəsindəki kirayə mənzilinə onun Elşad, Rəşad və Elsevər adları ilə tanıdığı üç kişi daxil olub.

Onlar Tağıyevi döyərək ondan 1900 manat pul və "VAZ-2106" markalı avtomobilinin açarlarını götürüblər. Bundan dərhal sonra quldurlar hadisə yerindən uzaqlaşıblar.

Polis tezliklə şübhəli şəxsləri - Gəncə şəhər sakini Rəşad Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum edilmiş Elşad Həsənlini saxlayıb. Hazırda polis hücumda iştirak edən üçüncü şəxsi axtarır.

Qeyd edək ki, Məmmədov Gəncə ərazisində gizlənibmiş. Sözügedən şəxslərin souyğunçuluqda iştirak etdiyi təsdiqini tapıb.