Bakıda əcaib yol nişanı quraşdırılıb

Mais Ağayev: "Məsələ ilə bağlı ölçü götürüləcək"
Sputnik

BAKI, 11 mart — Sputnik. Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.

Bakıda əcaib yol nişanı quraşdırılıb

Fotoda aydın görünür ki, 4.1.4 - Düzünə və sağa hərəkət yol nişanı səhv quraşdırılıb. Məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev münasibət bildirərək deyib ki, bununla bağlı ölçü götürüləcək.