HADİSƏ

Çağırışa gedən FHN əməkdaşları meyitlə üzləşiblər

Mənzildə bağlı qapı arxasında köməksiz qalan şəxsin meyiti tapılıb
Sputnik

BAKI, 11 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "Qaynar xətt"inə (112) daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb. Bu zaman 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.