BAKI, 11 mart — Sputnik. Rusiya hüquq-mühafizə orqanları tərəfindən "Sadovod" bazarı və "Moskva" Ticarət Mərkəzində əməliyyat keçirərək, yoxlamalar aparılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar zamanı onlarla miqrant saxlanılıb.
Hazırda saxlanılan şəxslərin Rusiyada qalmaq qaydalarını pozub-pozmamaları, həmçinin bir sıra cinayətdə iştirak edib-etməmələri yoxlanılır.
Qeyd edək ki, adıçəkilən ticarət mərkəzlərində çalışanların əksəriyyəti azərbaycanlılardır.