HADİSƏ

Xaçmazda 30 yeşik alma yola dağılıb

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 10 mart - Sputnik. Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

"Report"un məlumatına görə, Xaçmaz-Quba yolunun 7-ci km-də "Qazel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.