HADİSƏ

Mikroavtobus və minik avtomobili toqquşdu, çoxlu sayda yaralı var

Faktla bağlı araşdırma aparılır
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 mart - Sputnik. Şəkidə 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində olub.

Qəzada "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyəti daha ağırdır. 

Faktla bağlı araşdırma aparılır.