RUSİYA

Azərbaycanlı reperin evindən 4,2 milyon oğurlanıb

Əliyev Moskvada Daxili İşlər Universitetində ali təhsil aldığı dövrdə rep üslubunda mahnılar yazıb və oxuyub
Sputnik

BAKI, 10 mart - Sputnik. Rusiyada azərbaycanlı reper Bəxtiyar Əliyevin evi qarət edilib.

ONA-nın verdiyi məlumata görə, hadisə martın 9-da olub.

 “Bahh Tee” adı ilə tanınan reperin Moskvadakı evindən 4,2 milyon rubl oğurlanıb. Moskva polisi böyük həcmdə oğurluq maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, B. Əliyev Moskvada Daxili İşlər Universitetində ali təhsil aldığı dövrdə rep üslubunda mahnılar yazıb və oxuyub. Universiteti qırmızı diplomla bitirsə də, hüquq-mühafizə orqanlarında çalışmayıb. “Tee'şina” qrupu ilə səhnəyə çıxıb. B. Əliyev hazırda solo sənətçi kimi çıxış edir.