BAKI, 9 mart — Sputnik. Türkiyənin Diyarbəkir vilayətində dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassoya aid "Çılpaq və Qatil" rəsm tablosu ələ keçirilib.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Diyarbəkirdə ispaniyalı rəssama aid olduğu iddia edilən və üzərində İraqın Milli Muzeyinin möhürü olan rəsm tablosu ələ keçirilib.
Türkiyə polisi Yenişehir rayonunda 3 nəfərin çox dəyərli bir tablonu satmaq istəməsi ilə bağlı məlumat əldə edib və əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Polis onların olduğu evdə axtarış həyata keçirib və 5 nəfər tablonu satmaq istəyərkən həbs edilib.
Tablo ekspertlər tərəfindən incələnməsi üçün mühafizə altına alınıb.