CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda kütləvi dava oldu, yaralılar var

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 9 mart - Sputnik. Cəlilabadda kütləvi dava olub.

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri olan bir qrup şəxs arasında dava düşüb. Nəticədə 1948-ci il təvəllüdlü Mehmanağa Miriyev, 1982-ci il təvəllüdlü Ceyhun Əhmədov və 1991-ci il təvəllüdlü Mirvahid Miriyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kütləvi davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.