MƏDƏNİYYƏT

Yazıçı: “Yaradıcı ziyalıların fikirlərini dinləmək lazımdı”

Yazıçı Natiq Rəsulzadə deyir ki, Prezidentin ziyalılarla görüşməsi çox gözəl və vacib addım idi
Sputnik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

Yazıçı Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, bu görüşün keçirilməsi Prezident tərəfindən çox gözəl və vacib addımdır:

“Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da yaradıcı ziyalılar cəmiyyətin önündə gedir və bu baxımdan onların fikirlərini bilmək lazımdır. Güman edirəm ki, bu görüşlər mütəmadi olacaq. Bu görüş həm də Prezidentin ziyalılara münasibətidir”.

Yazıçının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz