Son anda ölümdən döndü – Səudiyyə vəliəhdinə sui-qəsd cəhdi olub

Məhəmməd bin-Salmana qarşı sui-qəsdi qardaşı Bəndər bin-Salman hazırlayıb
Sputnik

BAKI, 8 mart — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.

Səudiyyə Ərəbistanından bin Ladenlə bağlı gözlənilməz qərar

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.

Xəbərə görə, şahzadəyə sui-qəsdin qarşısı son anda alınıb. Cinayət törətməyə cəhddə şübhəli bilinən Bəndər bin-Salman tutulub. Məlumatda deyilir ki, Bəndər bin-Salman vəliəhd Salmanın qardaşıdır.

O, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu cinayəti törətmək üçün 2 milyon dollardan çox pul təklif edib.

Ölkədəki gücünü gedərək artıran Salmanın sui-qəsd cəhdindən sonra hərbçilərdən təşkil edilən "sürətli müdaxilə qrupu" yaratdığı da bildirilib.