Bakıda amerikalı generala 16 medalyonu kim hədiyyə edib?

Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub
Sputnik

BAKI, 8 mart — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov 2017-ci ilin fevralında Bakıda ilk dəfə amerikalı həmkarı Cozef Danfordla görüşü zamanı ona 16 medalyondan ibarət dəst, Vasili Blajennı kilsəsi və Kremlin əks olunduğu şəkili hədiyyə edib.

Bakıda amerikalı generala 16 medalyonu kim hədiyyə edib?

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir. Bu hədiyyə 2017-ci il ərzində Rusiya rəsmiləri tərəfindən ABŞ-dan olan həmkarlarına edilən yeganə hədiyyə olub.

Dövlət Departamentinin hədiyyələrə dair hesabatına əsasən medalyonlardan ibarət dəst və şəkil 400 dollar dəyərində qiymətləndirilib. Sənəddə qeyd olunur ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin hədiyyədən imtina etməsi "hədiyyə verəni və Birləşmiş Ştatlar hökumətini pis vəziyyətə qoya bilərdi".