"ABŞ bizə qarşı elektrik müharibəsi elan edib"

Nikolas Maduro: "Amerika imperializmi Uqo Çavesin xalqına qalib gələ bilməyəcək"
Sputnik

BAKI, 8 mart — Sputnik. "Birləşmiş Ştatlar mənim ölkəmə elektrik müharibəsi elan edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Venesuela prezidenri Nikolas Maduro öz "Twitter" səhifəsində yazıb.

O, eyni zamanda vurğulayıb ki, Amerika imperializmi Venesuelanın sabiq prezidenti Uqo Çavesin xalqına qalib gələ bilməyəcək. Lakin Venesuela lideri ölkədə baş verən elektrik enerjisi ilə bağlı kəsintilərdə ABŞ-ın əlinin olmasına dair sübutlar gətirməyib.

Qeyd edək ki, Venesuelanın 23 ştatından 21-də elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunur. Eyni hal paytaxt Karakasda da baş verir. Bununla bağlı paytaxta metropoliten öz işini dayandırıb, həmçinin mobil rabitədə problemlər müşahidə olunur.