İtkin düşmüş kişinin meyiti tapılıb

Meyit kəndin inzibati ərazisindən axan çayın kənarında aşkar edilib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Şəkidə bir həftə əvvəl itkin düşmüş kişinin meyiti tapılıb. Cumakənd kəndinin sakini, 1967-ci il təvəllüdlü Rəşid Yusifovun meyiti kəndin inzibati ərazisindən axan çayın kənarında aşkar edilib.

Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhum fevralın 27-si axşam saatlarında yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.